Ana səhifə / Səhabələr / İmam Hüseyn / İmam Hüseyn (radiyallahu anhu) haqqında deyilən bəzi şeirlər

İmam Hüseyn (radiyallahu anhu) haqqında deyilən bəzi şeirlər

İmam Hüseyn (radiyallahu anhu) haqqında deyilən bəzi şeirlər

 

Haqqı deyən bu adam yolmuza nur saçırdı,

Kərbəlada vuruldu çölün düzündə qaldı.

Allah əcrini versin, ey Peyğəmbər nəvəsi,

Ziyana uğramayan, nəvələrin nəvəsi!

Sanki möhkəm dağ idin daldalanırdım sənə,

Sən qayğımı çəkirdin, din öyrədirdin mənə.

Sənsən yetimə baxan dilənçiyə pay verən,

Əl açan hər yoxsula himayədarlıq edən.1

 

@@@

 

Məhşərə gətrilərkən Hüseyni öldürənlər,

Nə üzlə babasından şəfaət diləyərlər?!2

 

@@@

 

Bazarda Haninin boynun vurdular,3

Onu zəfəran tək qanına boyadılar.

Əzəldən, Peyğəmbərin davamçısıydı,

Həm comərd, həm də ki, çox məğrur idi.

Hüseynin hörməti yüksəlir ancaq,

Buna heyran qalır, hər yüksək, alçaq.

Şəhidliklə onun izzəti artdı,

Beləcə, bu igid kamına çatdı.4

 

@@@

 

Bax, qovuşdu Hüseyn, xeyirxahlara,

Həm mömin, həm də ki, pak insanlara.

Məsləkli5 olmağı Hüseyndən öyrən,

Sən də Hüseyn tək comərd olginən.

Analardı doğan gün işığını,6

Qiymətli daş-qaşın parıltısını.7

 

@@@

 

Haşimini8 tovlayıb hiylə qurdular,

Taf dedikləri yerdə onu vurdular.

Baxdım Peyğəmbərin, əhli-beytinə,

Acıdım onların aqibətinə.

Can-ciyərlərimiz, çox əzildilər,

Fəqət müsibətə sinə gərdilər.

Rahiblə9 Allaha, ibadət etməz,

İbadət etsə də, xeyrini görməz.

Qeys10 harınladı, həddini aşdı,

Bizə əl qaldırdı, bir az da azdı.

Qanımıza bulandı, zalımın əli,

Beləcə, puç oldu onun əməli.

Məgər görmürsən ki, torpaq zarıyır,

Hüseynin ölmünə, ellər ağlayır?11



1 Bu şeiri Hüseynin zövcəsi Rabəb onun vəfatından sonra demişdir. əl-Vafi vəl-Vəfəyat, 4/442.

2 Bu şeiri ibn Şəcərə nəql etmişdir. əl-Bidayə vən-Nihayə, 8/200;

Diqqət edin! Uhud döyüşündə Həmzəni (radiyallahu anhu) qətlə yeti­rən Vəhşi ibn Hərb əl-Həbəşi müsəl­man olduqdan sonra tutduğu əməldən peşman olub üzrxah­lıq diləmək üçün Peyğəm­bərin (salləllahu aleyhi və səlləm) yanına gəlmişdi. Vəhşi hadisəni belə xatır­layır: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) məni görəndə soruşdu: “Vəhşi sənsənmi?” Mən: “Bəli!”– deyə cavab verdim. Soruşdu: “Həm­zəni sənmi öldürmüsən?” Dedim: “Elə­dir ki var”. Pey­ğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Sən elə edə bilərsənmi ki, mən heç vaxt sənin üzünü görməyim?” Onda mən (məyus halda) dönüb getdim...”

 Çox maraqlı­dır, görəsən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sevimli nəvə­sini öldürənlərin məh­şər günü aqibəti necə olacaq.

3 İbn Ziyadın adamları Hüseynin əmisi oğlu Muslim ibn Əqili edam et­dikdən sonra Hani ibn Urvanı bazara gətirib qəbiləsinin gözü qabağında onun boynunu vurmuş, sonra da hər ikisinin cəsədini bazarın girəcəyində, camaatın gö­zü önündə asmışlar.

4 Bu, Əbu Əsvəd əd-Deylinin şeiridir. ət-Təbəqat, 1/512.

5 Əqidəsində möhkəm olub etiqadından dönməyən adam.

6 Hüseyn kimi safqəlbli, səmimi insanları dünyaya gətirən analardır.

7 Bu, Muhəmməd Əqbalın şeiridir. Dövhə ən-Nəbəviyyə, səh: 130.

8 Haşimi deyildikdə Hüseyn nəzərdə tutulur. Bu, onun ata baba­sının babasının adıdır: Hüseyn ibn Əli ibn Əbu Talib ibn Abdul-Muttəlib ibn Haşim.

9 Deyəsən, şair bu sözlərlə əhli-beytə zülm edənləri rahiblərə bənzədir.

10 Olsun ki, burada xain kufəlilərdən olan Qeys ibn Əşəs nəzərdə tutulur.

11 Bu, Süleyman ibn Qəttə ət-Teyminin şeiridir. ət-Təbəqat, 1/512.

 


Baxılıb: 22469


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”