Ana səhifə / Əqidə / Üç sual / Ön söz

Ön söz

Ön söz

 

   Həqiqətən, həmd (şükür və tərif) yalnız Allaha məxsus­dur! Biz Ona həmd edirik, Onu köməyə çağırırıq, Ondan bağış­lan­ma və bizi haqq yoluna yönəltməyi diləyi­rik, nəfs­lərimi­zin şərin­dən və pis əməl­­­lərimiz­dən qorunmaq üçün yalnız Ona pənah apa­rı­rıq. Allah kimə hidayət versə o, haqq yolunda olar və kimi də azdırsa onu haqq yo­lu­na yö­nəldən tapılmaz. Mən şahidlik edi­rəm ki, Allahdan baş­qa ilah (ibadətə haqqı olan məbud) yox­dur, Onun şəri­ki yox­dur və şahidlik edirəm ki, Muhəm­məd Onun qulu və elçi­si­dir.

   «Ey iman gətirənlər! Allahdan layiqincə qorxun və an­caq müsəlman olduğunuz halda ölün!»1

   «Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özün­dən zövcəsini yaradan və onlardan da bir çox kişi və qa­dın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cür­bəcür şeylər) istədiyiniz Allahdan və qohumluq əlaqələri­ni kəsməkdən qorxun! Həqiqətən, Allah sizə nəzarət edəndir.»2

   «Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin ki, O, əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Hər kəs Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qazanar».3

   Əziz həmvətənlərim, müsəlman bacı və qardaşlarım! Biz yenə də Uca Allahın köməyi ilə dini maarifləndirmə istiqa­mətində fəaliyyətimizi davam etdiririk. Çünki bu çox şərəfli və həm də məsuliyyətli bir işdir. Həm dini, həm də dünyəvi cəhətdən savadlı insanların yaşadığı cəmiyyətdə problemlə­rin az olması artıq sınaqdan keçmiş bir təcrü­bə­dir. Şükür­lər olsun ki, bu gün azad Azərbaycanı­mızda bu iki istiqa­mətdə uğur­lu irəliləyişlər artıq mövcud­dur.

   Diqqətinizə çatdıracağımız bu risalə çox mühüm bir mə­sələni əhatə edir. Belə ki, hər birimiz yaşayır, inkişaf edir və sonunda dəyişilməz nizama tabe olaraq hamı kimi dün­yanı tərk edirik. Lakin ölümdən sonrakı aləmdə bizi gözlə­yən hadisələr barəsində heç də hamımız məlumatlı de­yi­lik. Əlinizdə olan bu risaləyə “3 sual” adı verilməsi sizə qəribə görünmə­sin. Bizim hər birimiz bu 3 sual barə­sində soru­şula­cağıq. Peyğəmbərimiz Muhəmməd (sallallahu aleyhi və səlləm) səha­bə­lərd­ən hər hansı birini dəfn etdikdən sonra qəbrinin ya­nında dayanıb belə deyərdi: «(Allahdan) Qardaşınızın ba­ğış­lan­ma­sını onun sabitqədəm olmasını diləyin! Çünki indi o sorğu-sual olunur».4Başqa bir hədisdə5 isə hər kəsin öldükdən sonra: «Rəbbin kimdir?», «Dinin nədir?» və «Pey­ğəmbərin kim­dir?» - deyə sorğu-sual olu­nacağı və həmin suallara cavab verənin nicat tapacağı, cavab verə bilməyənin isə əzaba düçar olacağı xəbər verilir.     

   Diqqət edin, bu sualların cavabını əslində çoxlarımız bi­li­rik və bu yazıları oxuyan şəxs onlara cavab verə biləcə­yinin də asan olacağını zənn edə bilər. Lakin bu heç də belə deyildir. Bu suallara dünya həyatında cavab vermək asan olsa da öldükdən sonra onlara yalnız Allahın razı qal­dığı şəxslər cavab verə biləcəkdir. Uca Allah isə bu üç sualın şərtlərindən irəli gələn tələbləri yerinə yetirən bən­dəsindən razı qalır və ona həmin suallara cavab ver­məkdə köməklik edir. 

      Əziz həmvətənlərim, bu risalənin səhih məlumat­lar əsasında yazıldığını qeyd etmək istərdim. Risalə­də Qu­ran ayələrindən və mötəbər hədislərdən istifadə edilmişdir. Ar­zu edirik ki, Uca Allah bu risaləni axıra qədər oxumaq­da sizə kömək olsun, xalqımızı, dövlətimizi və ümumən bütün müsəlman dünyasını xəta və bəlalardan qorusun!     



1 «Ali-İmran» surəsi, 102.

2 «ən-Nisa» surəsi, 1.

3 «əl-Əhzab» surəsi, 70-71.

4 «Sünən Əbu Davud», 2/70; «Əhkamul-Cənaiz», səh. 198.

5 «Sünən Əbu Davud», 2/281; «Əhkamul-Cənaiz», səh. 198-202.

 


Baxılıb: 16365


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”