Ana səhifə / Əqidə / Üç sual / Rəhmli, Mərhəmətli Allahın adı ilə!

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

 

   Bu kiçik risalədə toxunacağım mövzu hər bir bəndə üçün maraqlı və vacib olan mühüm bir məsələni əhatə edir. Be­lə ki, bu haqda kifayət qədər məlumatı olmayan hər bir şəxs özünün dünya və axirət həyatını puç edə bilər. Odur ki, risalənin adına diqqət yetirin! Burada üç sual dedikdə bər­zəxdə1soruşulacaq suallar nəzərdə tutulur. Yəni «Rəb­bin kimdir?», «Dinin nə­dir?» və «Peyğəmbərin kimdir?» - deyə sorğu-sual olunacaq­dır. Şübhəsiz ki, hər kəs bu sual­ların bərzəxdə soruşulacağının həqiqət olduğu­nu gö­rə­cək­dir. Odur ki, bu haqda düşünməyə dəyər. Öz Rəbbini, di­ni­ni və peyğəmbərini tanıyan şəxs necə də xoşbəxtdir! Be­lə ki, Allah onu bu dünyada saleh əməllər etməyə və bər­zəxdə həmin üç suala cavab verməyə müvəffəq edəcəkdir.

   «Allah iman gətirənləri dünya həyatında da, Axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalımları sap­dı­rar. Allah istədiyini edər!»2

   Axirətdə isə o əbədi qalacağı Cənnət və tükənməz ne­mət­lər içində olacaqdır.

   «Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. Bu, böyük uğurdur.»3

   Qaldı ki Rəbbini, dinini və peyğəmbərini tanıma­yan və ya bu üç əsası dili ilə ifadə edib əməli ilə təsdiq etməyən şəx­sə, doğrudan da o ziyana uğramış­dır! Belə ki, o həm bu dün­yada, həm də bərzəxdə azğınlıqda olar.

   «Allah zalımları sapdırar. Allah istədiyini edər!»4

   Qiyamət günü isə o əbədi qalacağı Cəhənnəmdə və sü­rək­li əzab içində olacaqdır.

   «Həqiqətən, Kitab əhlindən və müşriklərdən inkar edən­lər Cəhənnəm odunda olacaq və orada əbədi qalacaqlar. Onlar məx­luqatın ən pisidirlər».5

   Bütün bunları deməkdə məqsədim oxucunu məyus et­mək yox, əksinə bu həqiqətlər barəsində onu xəbərdar et­mək­dir. Belə ki, bütün bunlar Allahın dedikləridir və Onun kəlamı dəyişilməzdir.

   «Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət ba­xı­mından tamamlandı. Heç kəs Onun kəlmələri­ni dəyişə bil­məz. O, Eşidəndir, Görəndir!»6

   Odur ki, bu dünyadakı imtahanların suallarına hazırlaş­dığınızdan daha da artıq əzmkarlıqla bərzəx­də, daha sonra isə haqq-hesab günündə soruşulacaq suallara hazırlaşın! Dünyada ikən bu suallara cavab vermək, hamı kimi «Rəb­bim Allah­dır!» de­mək çox asandır. Lakin diqqətlə nəzər salsaq görərik ki, ömrü boyu sözdə Allahı təsdiq edib əməldə ona asi olan kəs ölümqabağı hətta quruluşca sadə bir kəlməni - şəhadət kəlməsini deməyə çətinlik çəkir, onu demək ona müyəssər olmur. Görəsən ölümqabağı bu kəl­məni deyə bilməyən kəsin bərzəx aləmində halı necə ola­caq? Allah hamımızı bu kəlməni deməyə müvəf­fəq etsin! Odur ki, insan onu mərhələlərlə xəlq edən, ona ana bət­nin­də ruh verən Rəbbini tanımalı və Onun buyruqlarını ye­ri­nə yetirməlidir.

   «Bil ki, Allahdan başqa heç bir ilah yoxdur. Sən həm öz günah­larının, həm də mömin kişilərin və mömin qa­dınların bağışlanmasını dilə».7 

   Keçmişə nəzər salsaq görərik ki, insanların böyük ək­sə­riy­yəti həmişə Allahdan qeyri kiməsə, yaxud nə­yəsə iman gətirib ümidlərini yalnız ona bağlayıblar. Bu həmişə belə olub və qiyamətə qədər də belə gü­nahlar davam edəcəkdir. O insanların bəziləri bilə­rəkdən, bəziləri də elmsizliyi uc­batından Allahdan üz döndərir. Onlar bu məsələyə ciddi yanaşaraq onu araşdır­salar, yəni ayə və mötəbər hədislər­dən başqa heç kimə təq­lid8 etməsələr, şübhəsiz ki, haqqı tap­mağa nail olarlar və başa düşərlər ki, ibadət etdikləri «məbud­ların»9 özləri də Yaradanın buy­ruqlarını ye­rinə ye­tirir və Onun iradəsi altındadırlar. Həqiqə­tən, hər bir şeyi yaradan Odur! Biz insanlar yalnız Onun izni ilə nəyi isə bir şəkildən başqa bir şəklə salırıq. Məsələn, dəmirdən maşın, ağacdan ev avadanlığı, pambıq­dan parça, taxıldan un məmulatı və s. istehsal edirik. Yax­şı, bəs onda dəmiri, ağa­cı, taxılı, pambığı və s. yaradan kimdir? Hətta «məni ata-anam yara­dıb» ifadəsi belə yan­lışdır. Baxmayaraq ki, ata-ana övladın yaranmasında müəyyən rol oynayan va­si­tə­dir, lakin etiraf etməliyik ki, onu ana bətnində mər­hə­lə­lərlə xəlq edən də, ona ruh verən də yalnız buna qadir olan Allahdır. «Axı O sizi mərhələlərlə yaratdı».10 Nə qədər öv­lad arzu­sunda olan ailələr var­dır ki, buna nail olmamış­lar! Əlbəttə, «Göylərin və yerin hökmran­lığı Allaha aiddir. O, istədiyini yara­dır; istədiyinə qız uşaqları, istədiyinə də oğlan uşaqları bəxş edir. Yaxud hər ikisindən – oğlan və qız uşaqları verir, istə­diyini də sonsuz edir. Həqiqətən, O Biləndir, Qadirdir!»11 Həm də yaradılanların hamısının ye­mək-iç­məyə möhtac və ölümə məhkum olması, baş ve­rən hər hansı bir müsibəti dəf etməyə qadir olmamaları on­la­rın özləri­nin də kiməsə möhtac olduğunu göstərir. Bütlərin üzərinə murdar bir şeyin [quş nəcisinin və s.] düşməsi və bu bütlərin həmin murdar şeydən özlərini sadəcə olaraq qo­ru­ya bilməməyi onların ilahi sifət­lər­dən uzaq olduq­la­rı­nı gös­tə­rir. Allah isə pak və müqəddəsdir, qüvvət və qüd­rət sa­hibi­dir və heç nəyə möhtac deyildir. Elə isə gəlin elə bir məbuda iman gətirək ki, O yaratsın və məhv etsin Özü isə ölməz, əbədi və əzəli olsun, O əmr versin, Özünə isə əmr olun­masın, hər kəs Ona möhtac olsun, Özü isə heç nə­yə möhtac olmasın. Odur ki, hər bir bəndəyə sual ve­ri­rəm – bütün məxluqatı yoxdan yaradan kimdir? Yaxud bərzəx aləmində verilə­cək ilkin sual olaraq…



1 Bəndənin öldükdən sonra qiyamətədək qalacağı aləm bərzəx adlanır. «Lisa­nul-Ərəb», 3/8.

2 «İbrahim» surəsi, 27.

3 «əl-Buruc» surəsi, 11.

4 «İbrahim» surəsi, 27.

5 «əl-Bəyyinə» surəsi, 6.

6 «əl-Ənam» surəsi, 115.

7 «Muhəmməd» surəsi, 19.

8 Nümunə götürmək.

9 Bütlər, fal oxları, ağaclar və s. 

10 «Nuh» surəsi, 14. 

11«əş-Şura» surəsi, 49,50.

 


Baxılıb: 16410


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”