Ana səhifə / Əqidə / Üç sual / Dinin nədir?

Dinin nədir?

Dinin nədir?

 

   Təbii ki, biz bu suala müxtəlif cür cavablar ala bilərik, lakin onlardan doğru olanı yalnız Allahın buyurduğudur. Uca Allah hər zaman insanlara elçilər göndərmişdir ki, on­ları təhrif olunmuş «dinlərdən» Onun haqq olan dininə qaytarsın. Elə isə gəlin baxaq görək Rəbbimiz ən hörmətli elçiləri barəsində nə deyir:

   «[Bir zamanlar Nuh u belə demişdir]: Mənə müsəl­man­lardan olmaq əmr edilmişdir!»1

   «Rəbbi İbranimə: “Təslim ol!”- dedikdə, o: “Aləm­lərin Rəbbinə təslim oldum!”- demişdi. İbrahim də, Yaqub da bunu oğullarına vəsiyyət etdilər: “Ey oğullarım! Hə­qi­qə­tən, Allah bu dini sizin üçün seçmişdir. Siz də ancaq mü­səlman ola­raq ölməlisiniz!”».2

   «Musa dedi: “Ey qövmüm! Əgər Allaha iman gə­tir­mi­si­nizsə və müsəlman olmuşsunuzsa, Ona təvəkkül edin!»3

   «Bir zaman Mən həvarilərə təlqin etmişdim: “Mənə və elçimə iman gətirin!” Onlar da: “İman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq!” - demişdilər.»4

   Bu ayələrdə xüsusi şəkildə qeyd olunan müsəlman kəl­mə­sinin həmin elçilərin şəriət qayda-qanunlarına heç bir aidiy­yatı yoxdur. Bütün peyğəmbərlərin etiqadlarının eyni ol­masına baxmayaraq, Allah onların hər birinə özü­nə­məx­sus şəriət qanunları təyin etmişdir. Bu fikri təsdiqləmək üçün Uca Allahın bu kəlamı yetər: «Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah is­tə­səy­di, sizi vahid bir ümmət edərdi. Lakin ümmətlərə ayırma Allahın sizə verdikləri ilə sizi imtahan etməsi üçün­dür.»5

   İslam kəlməsinin mənasına gəlincə, bu tövhidlə6Allaha təslim olmaq, itaətlə Ona tabe olmaq, şirkdən və şirk əh­lin­­dən uzaq olmaq deməkdir. Odur ki, Uca Allah buyurur: «Həqiqətən, Allah yanında qəbul olan din, İslamdır!»7 «Kim İslamdan başqa bir din axtarırsa, bu din ondan heç vaxt qəbul olunmaz və o, Axirətdə ziyana uğ­rayan­lar­dan olar.»8

   İslam dininin üç mərhələsi vardır: islam, iman və ehsan. Bunlardan hər birinin özünəməxsus əsasları vardır. Belə ki, islam beş əsasdan - şəhadət gətirmək, namaz qılmaq, zə­­kat vermək, oruc tutmaq və həccə getməkdən ibarətdir. İbn Ömərin t rəvayət etdiyi hədisdə Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) belə buyurur: «İslam beş (dayaq) üzərində qurul­muşdur: «Allahdan başqa (ibadətə layiq olan) ilahın ol­mamasına və Muhəmmədin Onun qulu və elçisi olduğuna şəhadət gə­tirmək, namazı yerinə yetirmək, zəkat vermək, evi (Kə­bəni) ziyarət etmək və Ramazan orucunu tutmaq!»9 Hə­disdə sadalanan bu beş əsası aşağıdakı ayələrlə də sübu­ta yetirmək olar. Uca Allah buyurur: «Allah Özündən başqa tanrının olmadığına şahidlik etdi, mələklər və elm sa­hib­ləri də şahidlik etdilər. Allah əbədi olaraq ədalətli ol­maq­da­dır. Ondan başqa ilah yoxdur, Qüdrətlidir, Müd­rik­dir.»10

   « Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Elçisi və peyğəm­bərlərin so­nun­cusudur. Allah hər şeyi bilir.»11

   «Halbuki onlara ancaq Allaha – dini məhz Ona məx­sus edərək həniflər kimi – ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də budur!»12

   «Evə (Kəbəni) ziyarəti etmək insanların, – yoluna gücü çatan hər kəsin Allah qarşısında borcudur. Kim bunu in­kar edərsə, şübhəsiz ki, Allahın aləmlərə eh­tiyacı yox­dur!»13

   «Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməl­lərdən çəkinəsiniz.»14

   Yuxarıda qeyd olunanlardan aydın oldu ki, Allahın buy­ruqlarının ən əsası beşdir. Biz bütün bunlara diqqətlə nə­zər salsaq görərik ki, Uca Allahın vacib buyurduğu bu beş əsası yerinə yetirmək çətin deyildir. O ki qalsın Onun di­gər buyruqlarına…

   - hər bir insan «Əşhədu ən lə ilahə illəllah və əşhədu ən­nə Muhəmmədən rasulullah»15 kəlməsini deməklə mü­səl­man olur.

   - hər bir müsəlman gün ərzində ixtiyarına verilmiş iyir­mi dörd saatın yalnız bircə saatını beş vaxt namaz qılmağa sərf edir. Qalan iyirmi üç saatını isə yeyir, yatır, işləyir və s. işlərlə məşğul olur. 

   - hər bir müsəlman il ərzində Allahın ona verdiyi bol ru­zi­lərdən istədiyi qədər istifadə edir və yalnız ilin tama­mın­da mövcud olan mal-dövlətinin, qızıl-gümüşünün qırx­da bir hissəsini zəkat verir. Bu da yalnız imkanlı olan şəxs­lərə vacibdir.

   - hər bir imkanlı müsəlmana ömrü boyu yalnız bircə də­fə həcc ziyarəti etmək vacibdir ki, bu da az bir vaxt aparır.  

   - hər bir müsəlman on iki ay yeyib-içir və yalnız bircə ay Ramazan ayı oruc tutur. Bu ayda da o ancaq gündüzlər oruc tutur. Gecələr isə yenə yeyib-içməyinə davam edir.

   Gördüyünüz kimi bütün bu sadaladıqlarım çox asanlıqla yerinə yetirilən əməllərdir. Bütün bunları bizim üçün asan­­laşdıran Uca Allah belə buyurur: «Allah sizin üçün çə­tin­lik deyil, asanlıq istəyir…»16

   Elə isə qoy bu qədər asanlaşdırılan bir dinin vaci­bat­la­rı­nı yerinə yetirməyən insanlar Rəbbinin qarşısında nə ca­vab verəcəkləri barədə düşünsünlər. Qiyamət günü «məni başa salan olmayıb», «bunları etməyə mənim vax­tım ol­ma­yıb», «məni aldadıblar» və s. bu kimi bəhanələr qəbul olunmaya­caq. 

   İslamın ikinci mərhələsi Allahın və peyğəmbərinin dedik­lə­ri­nə iman gətirməkdir. Ömərin t rəvayət etdiyi hədisdə Pey­ğəmbərimiz (sallallahu aleyhi və səlləm) iman barəsində ondan soruşan Cəbrailə u17 belə demişdir: «Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə iman gətirməlisən, (həmçinin) xeyir və şərin qədərinin (Allah tərəfindən) təyin ol­ma­sı­na da iman gətirməlisən!»18 Hədisdə sadalanan bu altı əsa­sı aşağıdakı ayələrlə də sübuta yetirmək olar. Uca Allah bu­yurur: «Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çe­virməyi­niz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən kimsələrdir...»19

   «Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq.»20

   Qeyd etmək lazımdır ki, imanın şöbələri bu altı əsasla məhdudlaşmır. Belə ki, bunlar da daxil olmaqla onun alt­mışdan çox şöbəsi bizə məlumdur.

   Əbu Hüreyrədən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «İman altmış və bir neçə şöbədən ibarətdir, həya da imanın şöbəsin­dəndir.»21 Başqa bir hədis­də isə: «İman yetmiş və bir neçə şöbədən ibarətdir…»22 ləfzi i­lə rəvayət olunmuşdur. Bu hədisə aydınlıq gətirən Əhməd ibn Həcər əl-Əsqəlani belə demişdir: «İmanın bu şöbələri üç qismə bölünür. Bunlardan bir qismi qəlb, bir qismi dil, bir qismi də bədən üzvləri ilə, icra edilən əməllərlə əlaqəli­dir. Qəlb ilə icra edilən əməllərə etiqadları və niyyətləri misal çək­mək olar ki, bunların da sayı iyirmi dörddür:

   1 - 6 - Allaha, Onun mələklərinə, nazil etdiyi kitab­lara, göndərdiyi elçilərə, Axirət gününə, xeyir və şərin qə­də­ri­nin Allahdan olmasına iman gətirmək;

   7 - Allahı sevmək;

   8 - Allah xatirinə sevmək və qəzəblənmək;

   9 - Muhəmməd Peyğəmbəri (sallallahu aleyhi və səlləm) sevmək və onun çox hör­mətli olduğuna etiqad etmək;

   10 - İxlaslı olmaq (səmimi qəlbdən Allaha ibadət etmək, nifaqdan və riyakarlıqdan uzaq olmaq) ;

   11 - Tövbə etmək;

   12 - Qorxmaq (yəni yalnız Allahdan qorxmaq) ;

   13 - (Allahın rəhmətinə) ümid etmək ;

   14 - Şükür etmək;

   15 - Vəfalı olmaq;

   16 - Səbir etmək;

   17 - Qəza və Qədərdən razı qalmaq;

   18 - Təvəkkül etmək (yalnız Allaha arxayın olmaq);

   19 - Rəhmli olmaq;

   20 - Təvazökar olmaq;

   21 - Təkəbbürlü və özündən razı olmamaq;

   22 - Həsəd, paxıllıq etməmək;

   23 - Kin saxlamamaq;

   24 - Qəzəblən­məmək.

 

        - Dil ilə icra edilən əməllərə aid olan imanın şöbəsi isə yeddidir:

 

   1 - Tövhid kəlməsini «Lə ilahə illəllah Muhəmmə­dən rəsulullah» tələffüz etmək;

   2 - Quran oxumaq;

   3 - Elm öyrənmək;

   4 - Elm öyrətmək;

   5 - Dua etmək;

   6 - Zikr etmək;

   7 - Faydasız sözlərdən uzaq olmaq.

 

      - Bədən üzvləri ilə icra edilən əməllərə aid olan ima­nın şöbəsi isə otuz səkkizdir:

 

   1 - Zahiri və daxili təmizlik;

   2 - Övrət yerini örtmək;

   3 - Fərz və nafilə 23namazlarını qılmaq;

   4 - Fərz və nafilə  zəkatını vermək;

   5 - Qul azad etmək;

   6 - Yaxşılıq etmək, qonaqpərvər olmaq;

   7 - Fərz və nafilə orucunu tutmaq;

   8 - Həcc və Ümrə 24 ziyarəti etmək;

   9 - Kəbənin ətrafında təvaf etmək;

   10 - Etikaf etmək (Ramazan ayının axır on gününü məscid­də qalmaq) ;

   11 - Qədr gecəsini ibadətlə keçirmək;

   12 - Hicrət (şirk, küfr olan yeri tərk) etmək;

   13 - Nəzir etdikdə onu ödəmək;

   14 - Allaha itaət edib, Ona asi olmayaraq imanı artır­maq;

   15 - Hər hansı bir günaha görə müəyyən cəriməni (kəf­fa­rə­ni) ödəmək;

   16 - Evlənmək və ya ərə getməklə zinadan qorunmaq;

   17 - Ailəni dolandırmaq;

   18 - Valideynlərin qayğısına qalmaq, onlara asi ol­mamaq;

   19 - Uşaqları tərbiyə etmək;

   20 - Qohumluq əlaqələrini möhkəmlən­dirmək;

   21 - Ağaya itaət etmək, qul ilə mülayim rəftar etmək;

   22 - Ədalətlə hökm vermək;

   23 - Müsəlman camaatı ilə həmrəy olmaq;

   24 - İxtiyar sahiblərinə (rəhbərlərə) itaət etmək;

   25 - İnsanlar arasında olan münasibətləri islah etmək; 

   26 - Yaxşılıq etməkdə əlbir olmaq;

   27 - (İmkan daxilində) şəriət qanunlarını icra etmək;

   28 - (Nəfslə, Şeytanla və s.) cihad etmək;

   29 - Əmanətə xəyanət etməmək;

   30 - Borc aldıqda onu qaytarmaq;

   31 - Qonşuya yaxşılıq etmək;

   32 - Əxlaqlı olmaq, gözəl rəftar etmək;

   33 - Lazımi yerə pul xərcləmək, israf etməmək;

   34 - Salamı almaq;

   35 - Asqırıb «əlhəmdulillah»X25 deyənə «yərhəmu­kəllah»26 - demək;

   36 - İnsanlara əziyyət verməmək;

   37 - Faydasız əməllərdən çəkinmək;

   38 - Əziyyət verən bir şeyi yoldan kənar etmək. 27

 

   İslamın sonuncu mərhələsi isə ehsandır. Ömərin t rəva­yət etdiyi hədisdə Cəbrail u Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) ehsan ba­rə­sin­də soruşmuş və o belə cavab ver­mişdir: «Allaha elə ibadət et ki, sanki sən Onu görürsən, sən onu görməsən də O səni görür!»28 Hədis­də qeyd olunan bu əsası aşağıdakı ayə­lərlə də sübuta yetir­mək olar. Uca Allah buyurur: «Hə­qi­qətən, Allah Ondan qorxanlar və yaxşı işlər görənlər­lədir.»29

   «Qüdrətli və Rəhmli olana təvəkkül et! Hansı ki, səni namaza duranda da görür, Səcdə edənlər içində hərəkət edəndə də. Həqiqətən də, O, Eşidəndir, Biləndir!»30

   Bəşəriyyətə belə bir din göndərən Allaha şükürlər olsun! Həqiqətən, O, insanları dünya və axirətdə nicat tap­mağa ça­ğırır. Təəssüf ki, insanların əksəriyyəti bundan bixəbər­dirlər və buna görə də üzrlü hesab olunurlar. Odur ki, Allah Öz bəndələrinə rəhm edir və onlara bu din təbliğ olunana qədər möhlət verir. Bu həqiqətlər onlara bəyan edildikdən sonra isə hər kəs etdiyi günaha görə özü mə­suliyyət daşıyır. Elə isə bu risaləni oxuduqdan sonra üzrlü sayılıb-sayılmayacağınız, sorğu-sual olunub-olunmayaca­ğı­nız barədə düşünün! «Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərmə­miş heç kəsə əzab vermirdik.»31

   Artıq Rəbbimizin Allah və dinimizin islam ol­duğu sizə məlum oldu. İndi isə gəlin bu məlumatların necə əldə olun­ması barədə düşünək. Məgər bütün bu yazdıq­larım mənə yuxuda agah olub? Bəlkə bütün bunlar əvvəl­kilərin uydu­rub düzəltdikləri əfsanələrdir?! Xeyr! Bu nə yu­xu, nə də əf­sanədir. Əksinə, bir çox insanlar haqq olan bu dinin kim tərəfindən təbliğ olunduğundan xəbərsizdirlər. Nəzərə al­saq ki, bir çox insanlar haqq olan bu dinin kim tə­rə­fin­dən təbliğ edildiyindən xəbərsizdirlər onda növbəti ve­rə­cə­yim sual belədir – bu dini bəşəriyyətə çatdırmaq üçün Allahın seç­diyi elçi kimdir? Yaxud bərzəx aləmində veri­lə­cək üçün­cü sual olaraq…          



1«Yunus» surəsi, 72.

2 «əl-Bəqərə» surəsi, 131,132.

3 «Yunus» surəsi, 84.

4 «əl-Maidə» surəsi, 111.

5 «əl-Maidə» surəsi, 48.

6 Tövhid yalnız Allaha ibadət etmək deməkdir.  

7 «Ali-İmran» surəsi, 19.

8«Ali-İmran» surəsi, 85.

9«Səhihul-Buxari», 8; «Səhih-Muslim», 16.

10 «Ali-İmran» surəsi, 18.

11«əl-Əhzab» surəsi, 40.

12 «əl-Bəyyinə» surəsi, 5.

13«Ali-İmran» surəsi, 97.

14 «əl-Bəqərə» surəsi, 183.

15 Tərcüməsi: Mən şahidlik edirəm ki, Allahdan başqa (ibadətə layiq olan) mə­bud (ilah) yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun elçisidir. 

16 «əl-Bəqərə» surəsi, 185.

17 Cəbrail u peyğəmbərlərə vəhy gətirən mələkdir.

18 «Səhihul-Buxari», 8; «Səhih-Muslim», 16.

19 «əl-Bəqərə» surəsi, 177.

20«əl-Qəmər» surəsi, 49.

21 «Səhihul-Buxari», 9.

22 «Səhih-Muslim», 151.

23 Vaciblərdən başqa Sünnədə varid olan əlavə ibadətlər.

24 Kiçik həcc ziyarəti.

25 Duanın tərcüməsi: Həmd olsun Allaha!

26 Duanın tərcüməsi: Allah sənə rəhm etsin!

27«Fəthul-Bari», 1/68.

28 «Səhihul-Buxari», 8; «Səhih-Muslim», 16.

29 «ən-Nəhl» surəsi, 128. 

30«əş-Şüəra» surəsi, 217-220. 

31 «əl-İsra» surəsi, 15.

 


Baxılıb: 16629


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”