Ana səhifə / Əqidə / Üç sual / Peyğəmbərin kimdir?

Peyğəmbərin kimdir?

Peyğəmbərin kimdir?

 

   Şübhəsiz ki, hər bir müsəlman bu suala: «Muhəm­məd­dir» - deyə cavab verəcək. Lakin biz onlardan bu insanın necə şəxsiyyət olması barədə soruşsaq bir çoxlarının mə­lumatsız olduğunu görəcəyik. Odur ki, belə bir şəxsiyyət barəsində az da olsa məlumatlı olmağımız gərəklidir.

   Muhəmməd  peyğəmbər (sallallahu aleyhi və səlləm) mila­di tarixi ilə 570-ci ildə ana­dan olmuş və uşaq ikən yetim qalmışdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) hələ doğulmamışdan atası Ab­dullah, altı yaşında isə anası Əminə vəfat etmişdir. Anası vəfat etdikdən sonra peyğəm­bərin (sallallahu aleyhi və səlləm) ata babası Əbdülmüttəlib onu öz himayəsinə gö­türmüşdür. Babasının vəfatından sonra isə əmisi Əbu Ta­lib onun ha­misi olmuşdur. Qırx yaşına çatdıqda Uca Allah onu seçib təkcə öz qövmünə deyil bütün insanlara Cən­nət­lə müjdə verən, Cəhənnəm əzabı ilə qorxudan elçi gön­dər­mişdir. Muhəmməd (sallallahu aleyhi və səlləm) islam dinini on üç il Məkkədə, on il də Mədinədə insanlara təbliğ etmiş və nəhayət altmış üç yaşında vəfat etmişdir. O, dini təbliğ edərkən bir çox çə­tin­liklərlə üzləşmiş, kafirlərin əzab-əziyyətlərinə məruz qalmış, lakin bütün bunlara səbir etmişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) təbliğatını tamamlayana qədər Uca Allah onu Şeytan və onun havadarlarının şərindən qoru­muşdur. Rəbbimiz bu xü­susda belə buyurur: «Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər göndərmədik ki, o, ayələrimizi oxumaq is­tədikdə şeytan onun oxuduğuna gizlincə vəsvəsə ver­mə­sin. Lakin Allah şeytanın gizlincə təlqin etdiyini yoxa çı­xarar. Sonra isə Allah Öz ayələrini möhkəmlədər. Allah Biləndir, Müdrik­dir.»1 Onun təbliğ etdiyi müqəddəs Qu­ran on dörd əsrdir ki, olduğu kimi qa­lıb, qiyamətə qədər də belə qalacaqdır. Uca Allah bu xüsusda belə buyurur: «Şübhəsiz ki, Zikri (Quranı) Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.»2 «Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq Allah tə­rə­findən nazil edilmişdir.»3

   O (sallallahu aleyhi və səlləm) , peyğəmbərlərin sonuncusu oldu­ğu üçün biz yalnız onun gətirdiyi şəriətə tabe oluruq. Lakin bu heç də o de­mək deyildir ki, biz ancaq Muhəmmədə (sallallahu aleyhi və səlləm) iman gətirir, di­gər peyğəmbərləri isə inkar edirik. Əksinə, Uca Allah bizə bütün peyğəmbərlərə iman gətir­məyi əmr edir: «Allaha və Onun elçilərinə iman gətirin! Əgər iman gətirər və Allah­dan qorxarsınızsa, sizin üçün böyük bir mükafat var­dır.»4 «Peyğəmbər öz Rəb­bindən ona nazil edilənə iman gə­tirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gə­tir­di­lər. On­lar dedi­lər: “Biz Onun elçiləri arasında fərq qoy­mu­ruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəb­bi­miz! Səndən bağış­lanma diləyirik, dönüş də yalnız Sə­nədir!”»5Odur ki, adları Qurani Kərimdən bizə məlum olan və olma­yan peyğəmbərlərin hər birinin Allah tə­rə­fin­dən seçilib insanlara göndərildiyinə iman gətiririk. Onların eti­qadları eyni, gətirdikləri şəriət qanunları isə fərqli ol­muş­­dur. Buna görə də biz bu peyğəmbərlərdən hər birinin eti­qad et­diyinə etiqad edir və yalnız sonuncusunun şə­riə­tinə tabe oluruq. «Peyğəmbər sizə nə verirsə, onu gö­tü­rün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qor­xun. Həqiqətən, Allah şiddətli cəza verəndir.»6 «De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayan­dır, Rəhmlidir”.»7 Bu ayələrdən belə nəticə çıxır ki, Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) buyruqlarını da yerinə yetirmək la­zımdır. Mu­həm­məd (sallallahu aleyhi və səlləm) insanlara yalnız Allah tərəfindən ona nazil ola­nı - Quran və onun izahını (Sünnə­ni8) təbliğ etmişdir. Uca Allah bu xüsusda belə buyurur: «O, kefi istəyəni danışmır. Bu, ancaq ona təlqin edilən bir vəhydir.»9 «Sənə də Zikri (Quranı) nazil etdik ki, insanlara özlərinə nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr.»10

   Quranı izah edən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Sünnəsinə gəlincə, bə­zi islam alimləri11 onu altı qismə bölmüşlər:

   Birinci: səbəblə bağlı olan Sünnə. Buna asqırdıqdan son­­ra «əlhəmdulillah» deməyi misal çəkmək olar. Belə ki, as­qır­maq bu kəlməni ifadə etmək üçün səbəbdir. Əgər biz bu­nu səbəbsiz olaraq məsələn, əsnədikdə desək pey­ğəm­bə­rin (sallallahu aleyhi və səlləm) Sünnəsinə müxalif olmuş hesab olunuruq.

   İkinci: keyfiyyətlə bağlı olan Sünnə. Buna ruku və səc­dəni misal çəkmək olar. Belə ki, səcdəni rukudan sonra et­mək namazın keyfiyyətlərindəndir. Əgər biz əvvəl səcdə sonra da ruku etsək şübhəsiz ki, Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) Sünnəsi­nə müxalif olmuş olarıq.

   Üçüncü: miqdarla bağlı olan Sünnə. Buna gündəlik qılı­nan beş namazın rükətlərinin sayını misal çəkmək olar. Məsələn sübh namazını iki rükətdən artıq və ya əskik qıl­maq Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) Sünnəsinə ziddir.

   Dördüncü: cinslə bağlı olan Sünnə. Buna qurban bay­ra­mında (zil-hiccə ayının 10-u, 11-i, 12-si və 13-ü, yəni qur­ban günlərində) kəsilən qoç, öküz və dəvəni misal çəkmək olar. Belə ki, bu bayramda ətinin yeyilməsi halal olan baş­qa bir heyvan (dovşan, xoruz, qaz və s.) qurban kəsmək sün­nəyə müxalifdir.

   Beşinci: zamanla bağlı olan Sünnə. Buna hər hansı bir na­mazın vaxtını misal çəkmək olar. Məsələn məğrib na­ma­­zını gün batmamışdan əvvəl qılmaq Sünnəyə ziddir.

   Altıncı: məkanla bağlı olan Sünnə. Buna etikafı (Rama­zan ayının axır on gününü məsciddə keçirməyi) misal gös­tərmək olar. Odur ki, etikafı məsciddən başqa yerdə keçir­mək Sünnəyə müxalifdir.

   Deməli, hər bir müsəlman dini ayinləri yerinə yetirdikdə son dərəcədə diqqətli olmalı və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əmrlərinə qarşı çıxmamalıdır. O yalnız dəlil-sübutla ibadət etməli və dinə əlavə edilmiş hər bir yenilikdən uzaq olmalıdır. Uca Allah belələrini hədələyib demişdir: «Hər kəs doğru yol özünə bəlli olduqdan sonra göndərilmiş elçiyə qarşı çıx­sa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cə­hən­nəmdə yandırarıq. Ora nə pis dönüş yeridir.»12«Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə üzücü bir əzab üz ver­məsindən qorxsunlar.»13Peyğəm­bərimiz (sallallahu aleyhi və səlləm) on­ların əməllərinin qəbul olunmamağını xəbər verib belə de­mişdir: «Bizim bu işimizə [dinimizə] dindən olmayan bir yenilik gətirən kəsin bu əmə­li rədd olunur».14

   Təəssüf ki, bəzi insanlar iman gətirdiklərini dili ilə ifadə edir və: «Qəlbim təmizdir» - deməklə kifayətlənərək Alla­ha və Onun rəsuluna itaət etmirlər. Məgər ömrü boyu Alla­hın buyruqlarını yerinə yetirən peyğəmbərlərin, sə­habə­lə­rin, imamların və dədə-babalarımızın qəlbi təmiz deyil­di­mi? Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi şey­lər­dən çəkinmək sənin qəlbinin daha təmiz olmasına gətirib çıxar­mazmı? Bu barədə düşünməyə dəyər!

   O zamanlar Məkkə müşrikləri peyğəmbərimizin gətirdi­yi bu dini sehr, onun özünü isə sehrbaz, məcnun, kahin ad­landırırdılar. Uca Allah onlar barəsində belə demişdir:  «Ayə­lərimiz onlara açıq-aydın oxunduğu zaman: “Bu an­caq sizi atalarını­zın ibadət etdiklərindən döndərmək istəyən bir adamdır!” - deyərlər. Onlar: “Bu, uydurma ya­lan­dan başqa bir şey deyildir!” - deyərlər. Kafirlərə haqq gəl­dik­də onun barəsində: “Bu yalnız açıq-aydın bir sehrdir!” - deyərlər.»15«Əgər sənə kağız üzərində bir yazı nazil et­səy­dik və onlar da əlləri ilə ona toxunsay­dılar, kafir olanlar yenə də: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!” - deyərdi­lər.»16 «Onlar içərilərin­dən özlərinə qorxudan bir peyğəmbər gəldiyinə təəccüb etdilər və kafirlər de­di­lər: “Bu, yalançı bir sehrbaz­dır!»17 «Onlara xa­tırlat! Sən öz Rəbbinin neməti sayə­sində nə kahin­sən, nə də dəli!»18

   «Çünki onlara: “Allahdan başqa ilah yoxdur!” – deyil­dikdə təkəbbür gös­tərirdilər və deyirdilər: “Məgər bir məc­nun şairə görə tanrılarımızı tərk edəcəyik?”»19 Bu ayə­lər­dən də görünür ki, o (sallallahu aleyhi və səlləm) nə sehrbaz, nə də kahindir. Doğ­ru­su Muhəmməd (sallallahu aleyhi və səlləm) Allahın qulu və elçisidir. Burada qul de­yildikdə onun ilahi sifətlərə malik olmadığı qəsd edilir. Yəni o, hamı kimi Allahın iradəsinə tabe olan bir insandır. Bu barədə Uca Allah belə buyurur: «De: “Mən, Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadir deyiləm. Əgər qeybi bilsəydim, əlbəttə, özüm üçün xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir camaat üçün qorxudan və müjdələyənəm.»20

   Ayədən göründüyü kimi hətta peyğəmbər (sallallahu aleyhi və səlləm) belə nə xe­yir, nə də zərər vermək iqtidarında olmayıb. Elə isə nə üçün biz Allahdan qeyrisinin bizə xeyir və ya zərər verə bi­lə­cə­yi­nə etiqad etməliyik? Muhəmmədin (sallallahu aleyhi və səlləm) elçi olması isə onun digər insanlardan üstünlüyünü bildirir. Belə ki, Uca Allah onu bəzi xüsusiyyətləri ilə bütün insanlardan, hətta digər pey­ğəmbərlərdən belə üstün etmiş­dir. Bu xüsusiyyət­lər­dən:  

   - Peyğəmbərlərin sonuncusu olması;

   «Lakin o, Allahın Elçisi və peyğəmbərlərin so­nuncusu­dur.»21

   - Bütün bəşəriyyətə (insanlara və cinlərə) peyğəm­bər gön­dərilməsi;

   «De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm.»22 «[Cinlərdən bir dəstə Quranı din­lə­yib öz tayfalarına qayıtdıqda dedilər:] Biz doğru yolu gös­tərən rəhbəri eşitdiyi­miz zaman ona iman gətirdik. Kim öz Rəbbinə iman gətirərsə, o, nə savabının azal­ma­sın­dan, nə də haqsızlığa uğramaqdan qorxar. Sözsüz ki, biz­lərdən müsəlmanlar da var, doğru yoldan sapanlar da. Mü­səl­man olan kimsələr doğru yol tutanlardır.»23

   - Quranın məhz ona nazil olması;

   «Allah sənə Kitabı və hikməti Quran və Sünnəni nazil etdi və bil­mədiyin şeyləri sənə öyrətdi. Allahın sənə olan lütfü böyükdür.»24

   - Qiyamət günü olacaq tərifəlayiq məqamda şəfaət­çi ol­ması;

   «Ola bilsin ki, Rəbbin səni təriflənən bir məqama göndərsin.»25

   - Hər bir ümmətə etdikləri əməllərinə görə öz peyğəm­bə­rinin şahid gətiriləcəyi Qiyamət günü, Muhəm­mədin (sallallahu aleyhi və səlləm) onlardan fərqli olaraq həm öz ümmətinə, həm də peyğəm­bərlərə şahid gətirilməsi;

   «Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şa­hid gətirəcəyimiz zaman onların halı necə ola­caq?»26

   - Cənnətə daxil olan ilk şəxs olması;

   Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Qiyamət günü mən Cənnətin qapısına yaxın­laşıb onun açılmasını dilədikdə gözətçi (mələk): «Sən kim­sən?» - deyə soruşacaq. Mən: «Muhəmmədəm» - deyə ca­vab ver­dikdə o deyəcəkdir: «Mənə əmr olundu ki, səndən ön­cə heç bir kimsə üçün qapını açmayım».27

   - Beş xislətin ona verilməsi;

   Cabir ibn Abdullah (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) de­di: «Mənə beş (xislət) verilib ki, bunlar məndən əvvəlki peyğəmbərlərə verilməyib: «Bir ay əvvəl düşmənin qəl­bi­nə qorxu salaraq ona qalib gəlməyim, yer üzünün mə­nim üçün pak və məscid28 olması – belə ki, ümmətim­dən olan hər bir kəs istənilən yerdə vaxtı girmiş namazı qıl­ma­lıdır, qənimətlərin29 mənə halal olması – belə ki, bu mən­dən qabaq heç bir peyğəmbərə halal olmayıb, Qiya­mət günü (tərifəlayiq məqamda) şəfaət verməyim və bir də hər bir peyğəmbər yalnız öz qövmünə göndərilərdi, mən isə bütün insanlara göndərilmişəm».30

 

 



1 «əl-Həcc» surəsi, 52.

2«əl-Hicr» surəsi, 9.

3 «Fussilət» surəsi, 42.

4 «Ali-İmran» surəsi, 179.

5 «əl-Bəqərə» surəsi, 285.

6 «əl-Həşr» surəsi, 7.

7«Ali İmran» surəsi, 31.

8Bu kəlmə lüğətdə yol, adət və s. mənaları ifa­də edir. İstilahi mənada (şəriət­də) isə pey­ğəm­bər­dən (sallallahu aleyhi və səlləm) va­rid olan hər bir kəlmə, hərəkət, (səha­bə­lərinin hər hansı sözünü və ya hərəkətini) təs­diq etmə və sifət (fitri və ya əxlaqi dəyərlər)» Sünnə adlanır.

9 «ən-Nəcm» surəsi, 3-4.

10 «ən-Nəhl» surəsi, 44.

11 «əş-Şərhul-Mumti», 1/484.

12 «ən-Nisa» surəsi, 115.

13«ən-Nur» surəsi, 63.

14 «Səhih-Muslim», 4467.

15«Səba» surəsi, 43.

16 «əl-Ənam» surəsi, 7.

17 «Sad» surəsi, 4.

18«ət-Tur» surəsi, 29.

19 «əs-Saffat» surəsi, 35,36.

20 «əl-Əraf» surəsi, 188.

21 «əl-Əhzab» surəsi, 40.

22 «əl-Əraf» surəsi, 158.

23«əl-Cinn» surəsi, 13,14. 

24 «ən-Nisa» surəsi, 113.

25«əl-İsra» surəsi, 79.

26 «ən-Nisa» surəsi, 41.

27«Səhih-Muslim», 485.

28 İbadət yeri.

29 Döyüşdə əldə edilən mal.

30 «Səhihul-Buxari», 335; «Səhih-Muslim», 1163.

 


Baxılıb: 16449


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”