Ana səhifə / Hədis / Səhih əl-Buxari (müxtəsər) / 80 – Dualar kitabı

80 – Dualar kitabı

Dualar kitabı

20-ci fəsil. Allahı zikr etməyin fəziləti

2081.   Əbu Musa (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Rəbbi­ni yad edənlə yad et­məyən kimsənin misalı diri ilə ölünün misa­lına bənzəyir.” (əl-Buxari, 6407)

2082.   Əbu Hureyra (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Allahın yollarda do­laşıb (Allahı) yad edən insanları axtaran mələkləri vardır. Onlar Allahı yad edən bir camaat gördükləri zaman bir-birilərini çağırıb: “Axtardığınızın ya­­nına gəlin!”– deyir­lər. Sonra onlar bu camaatı öz qanadları ilə dünya sə­ma­sınadək əhatəyə alırlar. Elə həmin vaxt Rəbbi mələklərdən – (hər şeyi) on­lar­­dan daha yaxşı bildiyi halda – soru­şur: “Qullarım nə deyirlər?” (Mə­lək­lər): “Onlar Sənin şəninə təriflər deyir, Səni uca tutur, Səni həmd-səna ilə təq­dis edir və Səni həddən artıq tərifləyirlər”– deyə cavab verirlər. (Allah) so­ruşur: “Məgər onlar Məni görüblərmi?” (Mələklər): “Xeyr, vallahi ki, onlar Sə­ni gör­məyiblər”– deyirlər. (Allah) soruşur: “Bəs Məni görsəydilər, necə (olar­dı)?” (Mələklər) deyirlər: “Əgər onlar Səni görsəydilər, bundan da çox Sə­nə ibadət edər, Səni tərifləyər, Səni həmd-səna ilə təqdis edər və Sənin şə­ni­ni uca tutar­dılar.” (Allah) soruşur: “Onlar Məndən nə istəyirlər?” (Mə­lək­lər) deyirlər: “Onlar Səndən Cənnəti istəyirlər.” (Allah) soruşur: “Məgər on­lar Cənnəti görüblərmi?” (Mələklər) deyirlər: “Xeyr, ya Rəbb, vallahi ki, on­lar Cənnəti görməyiblər.” (Allah) soruşur: “Bəs onu görsəydilər, necə (olar­dı)?” (Mələk­lər) deyirlər: “Əgər onu görsəydilər, daha əzmlə ona can atar, da­ha inadla onu diləyər və daha çox rəğbətlə onu arzulayardılar.” (Allah) so­ruşur: “Onlar nədən (Mənə) sığınırlar?” (Mələklər): “Cəhənnəm odun­dan”– deyirlər. (Allah) soruşur: “Məgər onlar Cəhənnəmi görüb­lərmi?” (Mə­ləklər) deyirlər: “Xeyr, ya Rəbb, vallahi ki, onlar Cəhənnəmi gör­mə­yib­lər.” (Allah) soruşur: “Bəs onu görsəydilər, necə (olardı)?” (Mələklər) de­yir­lər: “Əgər onu görsəy­dilər, ondan daha uzağa qaçmağa çalışar və ondan da­ha çox çəkinərdilər.” (Allah) buyurur: “Şahid olun ki, Mən onları bağış­la­dım!” Bu vaxt mələk­lərdən biri deyir: “Bu camaatın arasında olan filankəs on­larla (yoldaşlıq  edən kimsələrdən) deyildir, sadəcə olaraq öz ehtiyacı üzün­dən ora gəlmişdir.” (Onda Allah) buyurur: “Bunlar elə insanlardır ki, on­larla oturub-duran adam bədbəxt olmaz.” (əl-Buxari, 6408)


Baxılıb: 16666


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”